Bakı gömrüyündə adam öldü

10 İyun, 2019 18:47 | Hadisə | Baxış sayı: 84
Bakı Baş Gömrük İdarəsi
Bakı Baş Gömrük İdarəsi

Ölümün ilkin səbəbi kimi infarkt göstərilir

Bakıda gömrük terminalında ölüm hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Səbail rayonunda yerləşən “İpək yolu” gömrük terminalında Türkiyə vətəndaşı, 65 yaşlı Ahmet Tez qəfildən ölüb.

A.Tez TIR sürücüsüdür. O, Azərbaycana yük gətiribmiş.

Ölümün ilkin səbəbi kimi infarkt göstərilir, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.