Azərbaycanda yenə zəlzələ oldu

10 İyun, 2019 08:46 | Hadisə | Baxış sayı: 75
Zəlzələ zonası -Tərtər
Zəlzələ zonası -Tərtər

Bu dəfə Tərtər silkələndi

Azərbaycan ərazisində 3,4 maqnituda gücündə zəlzələ baş verib. AMEA-nın Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ iyunun 9-da yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9 km qərbdə, Tərtər rayonunda qeydə alınıb.

Ocağı 26 km dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün öncə Şimal regionunda da zələzlə qeydə alınıb. Təkanlar Xaçmaz, QŞabran, Qusar rayoinlarında hiss edilmişdi. 

Ümumiyyətlə iyun ayı ərzində Azərbaycan ərazisində 4 təkan qeydə alınıb.