Ayının dilini dişlədi, həyatı xilas oldu FOTO

10 İyun, 2019 11:20 | Hadisə | Baxış sayı: 138
Qonur ayı
Qonur ayı

Rusiyada inanılması çətin olan hadisə baş verib

Rusiyanın Tuva vilayətində eşidənlərin inanmaqda çətinlik çəkdiyi hadisə baş verib. Kişi ayını dişləyib. Özü də dilindən. 

Hadisə bir neçə gün öncə Tuvanın Piy-Xemski rayonunda qeydə alınıb.  35 yaşlı Nikolay İrqtit iki dostu ilə meşəyə gedib. Onlar əvvəlcə tonqal yandırıblar, nahar ediblər. Daha sonra müxtəlif istiqamətlərdə gəzməyə başlayıblar. Onlardan heç birinin silahı olmayıb. 

Nikolayın bəxti gətirməyib və o meşədə boz ayı ilə üz-üzə gəlib.  Heyvanı qorxutmaq üçün qışqırmağa başlasada, bunun faydası olmayıb. Gənc kişi ona hücum edən, pəncəsi ilə üz-gözünü dağıdan ayıdan xilas olmaq üçün ani hərəkət edib və onun dilindən dişləyib. Yalnız bundan sonra ayı ovunu ataraq uzaqlaşıb. 

Kişi son qüvvəsini toplayaraq dostlarını köməyə çağırıb. Həkimlərin sözlərinə görə, Nikolay gətirilərkən üzündə, başında, qarnında ciddi yaralar var idi. Ancaq indi onun həyatı üçün heç bir təhlükə yoxdur.