Bakı həbsxanasında əsgəri güllələdilər

10 İyun, 2018 09:20 | Hadisə | Baxış sayı: 305
Həbsxana - ARXİV
Həbsxana - ARXİV

Silahlı insidentin ağır nəticəsi

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. IstiPress-in məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. /apa/