Bakıda 4 nəfərin üstündən keçən avtomobilin FOTO-ları

10 İyun, 2017 21:35 | Hadisə | Baxış sayı: 270

İyunun 8-də Bakıda avtobus dayanacağında 4 sərnişini vuran avtomobilin fotoları yayılıb

İyunun 8-də Bakıda avtobus dayanacağında 4 sərnişini vuran avtomobilin fotoları yayılıb.

İstiPress-in məlumatına görə, səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində sürətlə avtobus dayanacağına toplaşmış insanlara çırpılan "Nissan Gashgai" markalı 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vəziyyəti qəzanın nə qədər dəhşətli olduğunu göstərir.

Bu arada qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb. Qəzada yaralanan fotoqraf Azər Həmzəyev isə koma vəziyyətindədir. Yaxınları ona təcili olaraq müsbət 4 resurslu qan köçürülməli olduğunu bildiriblər və yardım istəyiblər. Qəzada yaralanan digər 2 nəfərin də vəziyyəti ağır qiymətləndirilir. (Lent.az)