Bakıda kriminal aləmin "Emil 444"ü öldürüldü

10 May, 2019 08:48 | Hadisə | Baxış sayı: 356
Qətl
Qətl

Paytaxtda kütləvi dava ölümlə nəticələnib

Bakının Binəqədi rayonunda kütləvi dava olub. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.