Təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub

10 Aprel, 2019 18:59 | Hadisə | Baxış sayı: 83
Oğru - Arxiv
Oğru - Arxiv

Əvvəllər məhkum olunmuş şəxsin gizli talaması müəyyən olunub

Kürdəmir rayonunda təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub. 

İstiPress-in məlumatına görə, bu barədə Kürdəmir rayon polis şöbəsindən məlumat verilib. 

Belə ki, Kürdəmir rayonunun Mürtülü kənd sakini Qaratel Məmmədalı qızı Tağıyeva fevralın 22-də və həmin kənd sakini Əzizxan Məhəmməd oğlu Əzizov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda "Kapital Bank"ın Kürdəmir rayon fillalının qarşısına quraşdırılmış bankomatdan özlərinə məxsus plastik kartlardan 200 və 300 manat pullarının naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etdiklərini bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Tağiyevaya və Ə.Əzizova məxsus elektron məlumat daşıyıcısından istifadə etməklə göstərilən məbləğdə pulları Şirvan şəhəri, Mehmandarov kücəsi 36 nömrəli evdə qeydiyyatda olan və yaşayan əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü İlqar Ağazər oğlu Eminovun gizli olaraq talaması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.