Elina özünü məktəb pəncərəsindən belə atıb VİDEO

10 Aprel, 2019 09:35 | Hadisə | Baxış sayı: 3675
Elina Hacıyeva - intihar edən şagird
Elina Hacıyeva - intihar edən şagird

Susması üçün şagirdin atasına Badamdarda torpaq təklif edilib

Bakıda 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar görüntüləri yayılıb. Görüntülər məktəbdəki kamera vasitəsi ilə lentə alınıb. Buradan aydın olur ki, yeniyetmə tənəffüs zamanı dəhlizə çıxıb, pəncərəni açıb. O əvvəlcə geyimini səliqəyə salıb, ətrafına baxıb. Sonra isə pəncərəyə çıxaraq özünü 3-cü mərtəbədən aşağı atıb. Hər şey bir neçə saniyə ərzində baş verib. 

Elina Hacıyevanın anası Sevil Hüseynovanın anası isə ötən gün verdiyi açıqlamasında ona susması üçün torpaq təklif edildiyini deyib. O, vurğulayıb ki, məktəb direktoru Sevinc Abbasova qızına Badamdarda torpaq sahəsi təklif edib. 

“Biz həmin torpağı qəbul etmədik. Başqa heç nə danışmaq istəmirik. Hazırda istintaq gedir, inanırıq ki, araşdırmalardan sonra ədalətli qərar veriləcək”,- deyə Sevil Hüseynovanın anası bildirib.

Qeyd edək ki, aprelin 4-də Elina Hacıyeva özünü oxuduğu 162 saylı məktəbin pəncərəsindən atıb. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Elina aprelin 6-da dünyasını dəyişib. Ananın sözlərinə görə, qızı məktəbdə alçaldılıb, təhqirlərə məruz qalıb. Rəhbərliyə dəfələrlə şikayət etsələr də heç bir tədbir görülməyib.