Dünyanın ən gözəl qadının qızı anasını geridə qoydu FOTO

10 Aprel, 2019 08:55 | Hadisə | Baxış sayı: 174
Belucci və qızı
Belucci və qızı

Beluccinin qızı da modelik fəaliyyətinə başlayıb

Dünyanın ən gözəl qadınlarından biri hesab edilən Monika Beluccinin qızı da görənləri heyran edib. İstiPress-in məlumatına görə, aktrisanın 14 yaşlı qızı Deva da anasının yolunu davam etdirmək niyyətindədir. Bu günlərdə o model kimi ilk fotosessiyasını etdirib. Belə ki, yeniyetmə az yaşına baxmayaraq "Dolce&Gabbana"nın siması seçilib. Belucci özü də uzun illərdir İtaliya brendi ilə əməkdaşlıq edir. O, dəfələrlə dizayner duetin müxtəlif kolleksiyalarının reklamlarında rol alıb. 

Devanın yer aldığı layihənin detalları hələlik sirr kimi saxlanılır. Ancaq çəkilişlərdən olan bir neçə foto "İnstagram"da yayılıb. Çəkiliş İtaliyanın tarixi şəhərlərində aparılıb. 

Bu çəkiliş Deva üçün dübüt olub. Belə ki, Monikka və keçmiş əri Vensan Kassel uzun müddət övladlarını gözlərdən uzaq böyütməyə çalışıblar.

Xatırladaq ki, cütlük 14 il evli olublar. Onlar 2013-cü ildə ayrılıblar. Boşanma səbəbləri haqqında heç nə məlum olmasa da, ayrılığa Kasselin olduqca sərbəst davranışlarının səbəb olduğu istisna edilmir.  Hazırda 54 yaşlı aktrisa  36 yaşlı fransız rəssam Nikolas Lefevlə birlikdədir.