Çağırışa gedən təcili yardım maşını qəzaya düşdü

10 Mart, 2019 17:47 | Hadisə | Baxış sayı: 80
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Digər avtomobilin sürücüsü xəstəxanalıq oldu

Qazaxda təcili tibbi yardım avtomobili “VAZ” markalı avtomobillə toqquşub.

İstiPress-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində “VAZ”da olan rayon sakini, 1996-ci il təvəllüdlü Musayev Cabir xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, təcili yardım avtomobili çağırış əsasında xəstəyə ilkin müdaxilə üçün ünvana gedirmiş.