Xaçmazda hərbi xidmətə yararsız olan gənc özünü asdı YENİLƏNİB

10 Mart, 2018 12:48 | Hadisə | Baxış sayı: 479
İntihar
İntihar

Bu son üç gündə baş verən ikinci intihardır

Xaçmazda 21 yaşlı Araz Məhəmmədovun özünü öldürməsilə bağlı bəzi təfərrüatlar məlum olub. İstiPress-in əldə etdiyi məlumata görə, ailədə 2 qardaş və 1 bacı olan Məhəmmədovların heç bir sıxıntısı olmayıb.

Araz Məhəmmədov hərbi xidmətə yararsız olduğu üçün əsgər getməyib. O, bu gün səhər saat 11-də heç kimə demədən evdən çıxıb və evlərinin yanındakı şəxsi təsərrüfatlarındakı vələs ağacından özünü asıb. 

Saat 12:20

Xaçmazda həftənin ikinci intiharı qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün saat 11 radələrində Xaçmazın Şərifoba kəndində 21 yaşlı Araz Zeynal oğlu Məhəmmədovun özünü yaşadığı evdə asması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hazırda Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşları hadisə yerindədirlər. Gənc oğlanın həyatına nə üçün son qoyduğu hələlik bilinmir.

Xatırladaq ki, həftənin ilk intiharı martın 7-də Arzu kəndində baş vermişdi. Kənd sakini 50 yaşlı Kamran Bahəddin oğlu Ömərov özünü yaşadığı evin zirzəmisində amışdı.

Hər iki fakta görə Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.