Bəbir şəhərə girdi və... VİDEO

10 Mart, 2018 11:18 | Hadisə | Baxış sayı: 149
Bəbir
Bəbir

Vəhşi heyvan şəhərdə qorxulu anlar yaşatdı

Hindistanda yolunu azaraq, meşədən çıxan bəbir dəhşət yaşatdı. İstiPress-in məlumatına görə, vəhşi heyvan İndaur şəhərinə gəlib. Ətrafında insanları görən bəbir onlara hücum etməyə başlayıb. Bu isə şəhər sakinləri arasında çaxnaşmaya səbəb olub. 

Onu görənlər dərhal polisə, heyvanxanaya məlumat veriblər. Heyvan yarımçıq tikiliyə salınıb. Lakin o canını qurtara bilib. Torlardan çıxan bəbir yenidən insanlara hücuma başlayıb.

Heyvanxcana işçiləri onu yaxalamaq üçün bir neçə saat işləməli olublar. Yuxu iynəsi ilə yatızdılan heyvan qəfəsə salınıb. Onu təbiətə geri buraxmaq nəzərdə tutulub.