Azərbaycanlı kişi özünü qadın etdi və öldürüldü FOTO

10 Mart, 2018 10:37 | Hadisə | Baxış sayı: 355
Transvestit Roman
Transvestit Roman

İstanbul otelindəki qətlin üstü açıldı

Türkiyədə azərbaycanlı transvestiti öldürən şəxs yaxalanıb. İstiPress-in CNNTürk-ə istinadla verdiyi məlumata görə, yaxalanan şəxs İran əsilli 26 yaşlı Aşkan Kazemidir.

O, Roman adlı transvestiti öldürdükdən sonra qaçarkən mindiyi taksinin sürücüsünü yaralayıb, onun maşınını oğurlayaraq Bursaya gedib. Burada isə bir qadını soymağa çalışarkən tutulub. 

Qətlin baş verdiyi oteldəki kamera görüntüləri sayaəsində kimliyi müəyyən edilən şəxs ifadəsində transvestiti qadın zənn etdiyini deyib. "İstiqlal küçəsində tanış olduq. 200 lirəyə razılaşdıq və otelə getdik. Mən elə bildim qadındır. Transvistit olduğunu görəndə getməyini dedim. Amma o pul istədi. Mübahisə etdik və öldürdüm". 

Xatırladaq ki, qətl hadisəsi 8 mart gecəsi baş verib. Gənc oğlan küçədə tanış olduğu şəxslə İstanbuldakı otellərdən birində gəlib. Lakin gecə saat 04 radələrində oranı tərk edib. Otelin işçiləri otaqda ilk görünüşdən qadına bənzəyən Roman adlı transvestitin meyitini tapıblar. Onun bədənində çox sayda bıçaq yarası olub.