ABŞ-da veteranlar yaşayan evə silahlı hücum, girovların meyiti tapıldı

10 Mart, 2018 09:00 | Hadisə | Baxış sayı: 28
Kaliforniya
Kaliforniya

Hücum edən şəxsin keçmiş hərbçi olduğu ehtimal edilir

ABŞ-da silahlı insident baş verib. İstiPress-in məlumatına görə, silahlı şəxs ABŞ-ın Kaliforniya ştatının Yontvil şəhərində müharibə iştirakçıları sırasından olan minə yaxın yaşlı veteran və əlilin yaşadığı müəssisədə 3 nəfəri girov götürüb. 

Polis silahlı şəxslə danışıq aparamağa çalışıb, lakin onunla əlaqə qura bilməyib. 

Bir neçə saata binaya daxil olan polis orada girovların və silahlı şəxsin meyiti ilə qarşılaşıb.

Məlumata görə, girovların üçü də qadın olub. Silahlı şəxs isə emosional travma alan hərbçilər üçün olan proqramın üzvlərindən biri olub. İki həftə öncə o bu proqramdan uzaqlaşdırılıb. Onun adı açıqlanmasa da, 36 yaşı olduğu deyilir.