Məşhur kanalın canlı yayımı pozuldu - VİDEO

10 Mart, 2017 19:10 | Hadisə | Baxış sayı: 447
Canlı yayımda kuryoz hadisə baş verib
Canlı yayımda kuryoz hadisə baş verib

Müsahib efirdə kuryoz hadisəyə görə aparıcıdan üzr istəyib

BBC-nin canlı efiri zamanı gözlənilməz qonaqlar peyda olub. İstiPress-in məlumatına görə, Pusan Milli Universitetinin dosenti Robert Kelli Cənubi Koreya prezidentinin impiçmenti barədə müsahibə verən zaman gözlənilmədən otağa uşaqlar daxil olublar.

Aparıcı professora uşaq barədə xəbər verdikdən sonra, professor uşağı itələməyə çalışıb. Daha sonra otağa uşaq arabasında başqa bir uşaq da daxil olub. Onun ardınca otağa uşaqların anası qaçaraq girib və onları otaqdan çıxardıb. Robert Kelli efirdə kuryoz hadisəyə görə aparıcıdan üzr istəyib.