Türk milyarder təcavüzə görə tutuldu - 3 uşağı zorlayıb

10 Fevral, 2019 12:25 | Hadisə | Baxış sayı: 206
Osman Erdinç Elsek
Osman Erdinç Elsek

12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir

Afrika ölkəsi Keniyada yaşayan türk biznesmen Osman Erdinç Elsek saxlanılıb.

İstiPress-in “Posta”ya istinadən xəbər verir ki, o, 12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir.

Keniya polisi Elsekin Kilifi qəsəbəsindəki villasına basqın edərək onu polis bölməsinə aparıb.

Cinsi istismara məruz qalan uşaqlar isə uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər.

Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur.