Saxta araqdan 100-ə yaxın insan öldü

10 Fevral, 2019 16:57 | Hadisə | Baxış sayı: 143
Alkoqol
Alkoqol

Qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki müsadirə olunub

Hindistanın Uttar-Pradeş və Uttarkxand ştatlarından son üç gündə 97 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə, yerli hakimiyyətin yaydığı məlumata görə, fevralın 7-də bir neçə kəndin sakini Ballupur kəndində toplaşaraq spirtli içki qəbul edib. Növbəti gün sakinlərin səhhətlərində pisləşmə qeydə alınıb. 

İlk ölüm halından sonra araşdırma başlayıb. Əməliyyat nəticəsində yerli polis qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki aşkar edib. İki yüzdən çox insan saxlanılıb, bəzi vəzifəli şəxslər isə işdən azad ediliblər.