Nəvə dostu ilə birlikdə nənəsinin evindən oğurluq etdi

10 Fevral, 2019 14:17 | Hadisə | Baxış sayı: 59
Oğru
Oğru

80 yaşlı qadını uzaqdan qonaq gələn nəvəsi soydu

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.

Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.