Minik avtomobili avtobusla toqquşdu - yaralılar var

10 Fevral, 2019 12:59 | Hadisə | Baxış sayı: 178
Yol qəzası
Yol qəzası

"Mersedes" avtobusun hərəkət yoluna çıxıb

Bakı-Quba-Rusiya sərhədi yolunun 190-cı km-də Qusar rayonu ərazisində sərnişin mikroavtobusu ilə "Mersedes" toqquşub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusar rayon sakini, 31 yaşlı Radik Mirzəhmədov idarə etdiyi "Qusar-Xudat" marşrutu üzrə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Qusar sakini, 35 yaşlı Fuad Fərzəliyevin idarə etdiyi "Mersedes" onun hərəkət yoluna çıxıb və avtomaşınlar toqquşub.

Nəticədə, "Mersedes"in sürücüsü Fuad Fırzəliyev və mikroavtobusun sərnişini, Xaçmazın Xudat şəhər sakini Şükufə Abdullayeva Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəza faktını Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.