Bakıda gənc qadın itkin düşüb

10 Fevral, 2019 18:03 | Hadisə | Baxış sayı: 118
İtkin qız
İtkin qız

Əri ilə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda qadın itkin düşüb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

İstiPress-in məlumatına görə, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.