Avtobus “KamAZ”la toqquşdu - 4 yaşlı uşaq öldü

10 Fevral, 2019 16:21 | Hadisə | Baxış sayı: 114
"Kamaz"
"Kamaz"

"Ford" özünü yol kənarında dayanan "KamAZ"a vurub

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

"Ford" markalı mikroavtobus yol kənarında dayanan "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlanölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.