Moskvadan Bakıya uçan təyyarədə havada problem yarandı

10 Fevral, 2018 16:52 | Hadisə | Baxış sayı: 243
AZAL
AZAL

Təyyarənin komandiri hava limanına qayıtmaq barədə qərar qəbul edib.

Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır.

İstiPress-ə AZAL-dan verilən məlumata görə, texniki nasazlıq uçuşdan sonra aşkar edilib və bununla əlaqədar olaraq hava gəmisinin komandiri “Vnukovo” hava limanına qayıtmaq barədə qərar qəbul edib.

“Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə yerinə yetiriləcək bugünkü J2-809 reysi ilə göndəriləcək. Planlaşdırılmış uçuş vaxtı: Bakı vaxtı ilə saat 16:30, Vnukovo aeroportuna eniş: yerli vaxtla saat 18:40-dadır. Lazım gələrsə, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımı ehtiyacları təmin olunacaq”, - deyə məlumatda qeyd olunub.