Aparıcı ekspertini verilişindən qovdu VİDEO

10 Fevral, 2018 10:42 | Hadisə | Baxış sayı: 197
Vladimir Solovyov
Vladimir Solovyov

Buna səbəb onun qəhrəman pilotu tənqid etməsi olub

Tanınmış rusiyalı aparıcı ekspertini studiyadan qovdu. İstiPress-in məlumatına görə, qalmaqal Vladimir Solovyovun müəllifi olduğu "Vladimir Solovyovla axşam" verilişi zamanı baş verib.

Amerikalı ekspert Qriqori Vinnikov Rusiyanın Suriyada həlak olan pilotu Roman Fillipovu təhqir edib. Buna hiddətlənən aparıcının reaksiyası olduqca sərt olub.

Dövlət Dumasının təhsil komitəsinin sədri Vyaçeslav Nikonov mərhum pilotun xatirəsini bir dəqiqəlik sükutla yad etməmyi təklif edib. Ekspert isə vurulan "Su-25"in pilotuna Rusiya qəhrəmanı adı verilməsinin düzgün olmadığını deyib. 

"Rusiyada ölənə hörmət anlayışı var. Xüsusi ilə əgər o qəhrəmandırsa", deyə aparıcı ekspertə etiraz edib. Bundan sonra o amerikalı ekspertdən studiyanı tərk etməsini tələb edib. 

Xatırladaq ki, mayor R.Fillipov fevralın 3-də həlak olub. Onun idaraə etdiyi hərbi təyyarə terrorçular tərəfindən vurulub. Pilot katapult edə bilsədə terrorçularla əhatə olunan əraziyə düşb. O, son ana qədər mübarizə aparıb. Girov götürülməmək üçün isə üzərindəki qumbaranı partladıb.