Şəmkirdə 1 ay öncə toyu olan və evdən qaçan gəlin tapıldı

10 Yanvar, 2020 12:34 | Hadisə | Baxış sayı: 1524
Xəyalə Həsənova
Xəyalə Həsənova

18 yaşlı Xəyalə Həsənova Sumqayıtda olub

Şəmkirdə itkin düşən 18 yaşlı qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Şəmkir rayon sakini, 2002-ci  il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Məlumata görə, gənc qız ötən ilin dekabrında ailə qurub.