İlkin Nərmini burada saxlayıb - VİDEO

10 Yanvar, 2020 19:52 | Hadisə | Baxış sayı: 2307

Qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb

Tovuzda Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanovun 10 yaşlı Nərmin Quliyevanı saxlayaraq öldürdüyü evin görüntüsü yayılıb.  

İstiPress-in məlumatına görə, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanovun evindən görüntüləri təqdim edirik: