SOCAR-da yoxlamalar - mənimsəmələr tapıldı, vitse-prezident kənarlaşdırıldı

10 Yanvar, 2019 10:50 | Hadisə | Baxış sayı: 505
Hesablama
Hesablama

Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular aşkar edilib

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR dünən qurumda hərtərəfli vergi yoxlaması haqda informasiyanı təsdiq etdi.

Artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, iki ildə dəfə həyata keçirilir, qiymətləndirdi.

İstiPress-in məlumatına görə, məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.

Təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.

Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

Mikayıl İsmayılov
Mikayıl İsmayılov