Qubada ticarət mərkəzi yandı, sahibkarlara ziyan dəydi

10 Yanvar, 2019 11:17 | Hadisə | Baxış sayı: 123
FHN yanğınsöndürənləri
FHN yanğınsöndürənləri

Səhər başlayan alovlar 4 mağazaya ziyan vurub

Bu gün Qubada ticarət mərkəzində yanağın baş verib. İstiPress-in Şimal bürsounun məlumatına görə, hadisə səhər saatlarında "Birja" ticarət mərkəzində qeydə alınıb. Yanğın nəticəsində 4 mağazaya ziyan dəyib. 

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. ​Əldə etdiyimiz məlumata görə, əsasən məişət avadanlığı və geyim əşyaları satılan ticarət mərkəzinin 150 kvmetdən çox sahəsi yanıb. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan və handisənin səbəbləri araşdırılır.