Qubada dəhşətli qəzanın ürəkağrıdan təfərrüatları

10 Yanvar, 2019 16:51 | Hadisə | Baxış sayı: 318
Qəzaya düşmüş avtomobil
Qəzaya düşmüş avtomobil

Eyni ailəyə dəyən qoşa tale zərbəsi

Qubada baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

IstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, 2 avtomobilin toqquşması nəticəsində ölən Coşqun Kamil oğlu Qasımov və Zakir Eldəniz oğlu Abbasov Xaçmazın Arzu kənd məktəbinin 10-cu sinif şagirdidirlər. Onlar xalaoğludurlar.

Qəzada ölən diğər sərnişin - 33 yaşlı Nahid Tarverdiyev isə Xaçmazın Armudpadar kənd sakinidir.  Nahid xəstəxanaya gətirilərkən yolda ölüb.

Qəzaya səbəb qarlı və sürüşkən yolda avtomaşınların yüksək sürətlə idarə olunması göstərilir.

Faktı Quba polis şöbəsi araşdırır