Qubada dəhşətli qəza, ölənlər var

10 Yanvar, 2019 13:45 | Hadisə | Baxış sayı: 170
Yaralı
Yaralı

Minik maşını yük avtomobili ilə toqquşub

Qubada 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində yük maşını ilə minik avtomobili toqquşub. 

Ölənlər maşının sərnişinləri Coşqun Qasımov, Zakir Abbasov, Xaçmaz sakini Nahid Tarverdiyevdir. Onların hər üçü Xaçmaz sakinidir.

Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.