Orta yaşlı qadın özünü asdı

10 Yanvar, 2019 17:57 | Hadisə | Baxış sayı: 118
İntihar - ARXİV
İntihar - ARXİV

Yaşadığı evin dəhlizində intihar edib

Sumqayıtda intihar hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə şəhərin 10 mkr, ev 60, mənzil 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1978-ci il təvəllüdlü Dilşad Ağayar qızı Rzayeva yaşadığı evin dəhlizində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müaviq ekspertizalar təyin edilib.