Daha bir qəza - 2 nəfər öldü

10 Yanvar, 2019 19:55 | Hadisə | Baxış sayı: 83
Yol qəzası
Yol qəzası

Minik avtomobili idarəetmədən çıxaraq aşıb

Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

İstiPress-in məlumatıan görə, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb. N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.