Bakıda 3 avtomobil toqquşdu - ölən var

10 Yanvar, 2019 14:38 | Hadisə | Baxış sayı: 65
Təcili yardım maşını
Təcili yardım maşını

Şəhər sakini xəstəxanaya aparılarkən yolda öldü

Türkanda 3 avtomobil toqquşub.

IstiPress-ə DİN-dən verilən məlumata görə, yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.