Bakıda tənha qadını zorlayıb öldürən iki kişiyə 20 il həbs istəndi

10 Yanvar, 2018 13:05 | Hadisə | Baxış sayı: 199
Zorlamaya son - PLAKAT ŞƏKLİ
Zorlamaya son - PLAKAT ŞƏKLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayaraq öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukova cəza istənilib.

İstiPress-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək D.Razumniyin 19 il və S.Zenyukovanın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 17-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il aprelin 30-da “Qız Qalası”nın yaxınlığında qadın meyiti tapılıb. Məlum olub ki, vəfat edən Yelena Sandrandinova ətrafdakı binalardan birində yaşayan Rusiya vətəndaşı Samir Zenyukov və Dmitriy Razummıy tərəfindən zorlanaraq öldürülüb. Öz evlərində qadınla birgə yeyib-içəndən sonra Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyiblər. Yelena etiraz edərək dəhlizə çıxıb. Samir onun arxasıyca çıxaraq qadını döyüb. Sonra dostu Dmitriy ilə birgə onu soyundurub divana uzadıblar. Özündən gedən Yelenanı Samir zorlayaraq yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyərkən onun öldüyünü bilib. Dmitriy ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək Yelenanın cansız bədəninin evdən çölə çıxardaraq həyətin kücünə qoyublar.

Onlar adam öldürmə və zorlama maddəsinin bir neçə bəndi ilə ittiham ediliblər. Adıçəkilən hər 3 şəxs "bomj" həyatı yaşayıb.

Qafqazinfo