Azərbaycanın məşhur aşığı vəfat etdi

10 Yanvar, 2018 10:40 | Hadisə | Baxış sayı: 596
 Vüqar Mahmudoğlu
Vüqar Mahmudoğlu

Aşıq bir neçə gün qabaq infarkt olub

Azərbaycanda tanınmış aşıqlardan biri vəfat edib. İstiPress-in məlumatına görə, bir müddət öncə xəstəxanaya yerləşdirilən aşıq Vüqar Mahmudoğlu bu gecə dünyasını dəyişib. 

Aşıq bir neçə gün öncə infarkt keçirmiş və ürəyindən əməliyyat edilmişdi. Ötən gün axşam saatlarında o kritik vəziyyətdən çıxmışdı. Lakin gecə saatlarında həkimlərin bütün səylərinə baxmayaraq aşığı xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə Şamaxıda, böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulmuşdu. 

Allah rəhmət eləsin!