Azərbaycanda kişi arvadını, nəvə isə nənəsini öldürdü

10 Yanvar, 2018 08:58 | Hadisə | Baxış sayı: 103
Qətl
Qətl

Qətllər eyni gündə baş verib

Abşeronda bir gündə iki qətl törədilib. Hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb. Xırdalan şəhərində ər qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib. Saray qəsəbəsində isə nəvə nənəsini öldürüb. 

Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayıb. Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.

Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayıb. N. Muradov  da tutulub.

Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.