Türkiyəyə qadın aparan Aygün yaxalandı

10 Yanvar, 2017 13:46 | Hadisə | Baxış sayı: 108
Saxlanılan qadın
Saxlanılan qadın

DİN əməliyyat keçirib

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan Gəncə şəhər sakini Aygün Xankişiyeva tutulub. İstiPress-in Daxili İşlər Naziriliyinə istinadən verdiyi xəbərə görə, onun tutulması üçün əməliyyatı Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi keçirib.  

Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.