Mehman Hüseynov başına gələnlərdən danışdı - VİDEO

10 Yanvar, 2017 19:20 | Hadisə | Baxış sayı: 470
Mehman Hüseynov
Mehman Hüseynov

"Başıma torba keçirib zorla..."

Nəsimi rayon məhkəməsində dindirilən tanınmış blogger Mehman Hüseynov azadlığa buraxıldı. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham olunan Mehman sərbəst buraxıldıqdan sonra jurnalistlərə başına gələnləri danışdı:

"Dünən saat 19:45 radələrində dostlarımla bir yerdə olduğum zaman 8 nəfər naməlum şəxslər mənim başıma torba keçirərək zorla avtomobilə mindirdilər. Məni ağzım və gözüm bağlı naməlum istiqamətdə apardılar. 4 saat başımda torbanı saxladılar və mən havasız qaldım".

Zorakılıq əməllərindən sonra blogger Nəsimi rayon polis idarəsinə gətirildikdən sonra huşunu itirib. Huşsuz vəziyyətdə o, kamerada saxlanılıb. Səhəri gün məhkəmə qarşısında çıxış edib.

Mehman Hüseynov bu gün keçirilən məhkəmənin qərarına görə, 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.