İki avtomobil toqquşdu, sürücülər öldü

10 Yanvar, 2017 11:30 | Hadisə | Baxış sayı: 43
Avtoqəza. Arxiv
Avtoqəza. Arxiv

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. İstiPress-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “KİA”-nın sürücüsü, rayonun Yeniabad kənd sakini Cəmşid Əhmədov və digər sürücü Əbülfət Məmmədov hadisə yerində ölüblər. Məlumata görə “Toyota” markalı avtomobil şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.