Gənc blogger Mehman Hüseynov yoxa çıxıb

10 Yanvar, 2017 03:36 | Hadisə | Baxış sayı: 351
Gənc blogger Mehman Hüseynov
Gənc blogger Mehman Hüseynov

Dostlarının sözlərinə görə, onun mobil telefonuna da zəng çatmır

Gənc blogger Mehman Hüseynovun naməlum şəraitdə yoxa çıxması barədə xəbərlər yayılıb. İstiPress xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumatlar paylaşıb.

Deyilənlərə görə, o, yaxın bir dostu ilə görüşmək üçün evdən, ancaq görüş yerinə çatmayıb. Bundan sonra onun telefonlarına da zəng çatmayıb.

Bu barədə M.Hüseynovun yaxınları ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə müraciət edib və onun itməsi barədə polisi məlumatlandırıb.

Qeyd edək ki, M.Hüseynov sosial şəbəkələrdə daha çox sərt statusları ilə tanınıb.