"Baku Bus" avtobusu ağır qəza törətdi: ölən var

10 Yanvar, 2017 12:00 | Hadisə | Baxış sayı: 100
Baku Bus avtobusu qəza törətdi
Baku Bus avtobusu qəza törətdi

Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib

Bakıda avtobusla minik maşınının toqquşması nəticəsində minik avtomobilinin  qadın sürücüsü dünyasını dəyişib.  İstiPress-in Musavat.coma istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb.  “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.
Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.