Xalq artistinin oğlu həbs olundu - RƏSMİ AÇIQLAMA

09 Dekabr, 2017 12:14 | Hadisə | Baxış sayı: 652
Qandallanmış əllər
Qandallanmış əllər

Daxili İşlər Nazirliyi Nazirliyi məlumat yayıb

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs olunub.

İsti Press-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Nazirliyin mətbuat xidmətindən "APA"-ya bildirilib. 

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

İlhamə Quliyeva və oğlu Orxan
İlhamə Quliyeva və oğlu Orxan