VAZ yoldan çıxdı - 1 ölü

09 Noyabr, 2019 15:19 | Hadisə | Baxış sayı: 204
Ağaca çırpılan "VAZ" (Arxiv)
Ağaca çırpılan "VAZ" (Arxiv)

27 yaşlı gənc isə reanimasiyadadır

Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

İstiPress-inn şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Qaraçay kəndi ərazisindən keçən hissəsində baş verib. 

"VAZ 21012" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.  Qəza nəticəsində Quba rayonun Bərqov kənd sakini 33 yaşlı Cəlal Cavanşir oğlu Cəbrayılov və  Paşaoba  kənd sakini, 27 yaşlı Ceyhun Yadigar oğlu Əhmədov müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Həkimlərin səyinə baxmayaraq ağır xəsarət alan yaralılardan Cəlal Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb.

Fakta görə cinayət işi açılıb.