Bakıda maşın sərxoş piyadanı vurdu

09 Noyabr, 2019 11:43 | Hadisə | Baxış sayı: 34
Təcili yardım maşını
Təcili yardım maşını

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1969-cu il təvəllüdlü İsgəndərov Kamil Babacan oğlunu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin və qarnın küt travması diaqnozu qoyulub. İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.