Avtomobil yolu keçən şəxsi vurdu

09 Noyabr, 2019 13:53 | Hadisə | Baxış sayı: 41
Avtomobil qəzası
Avtomobil qəzası

Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub.

Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.