Avtomobil velosipedçini vuraraq öldürüb

09 Noyabr, 2018 11:33 | Hadisə | Baxış sayı: 40
Velosiped qəzası (Arxiv)
Velosiped qəzası (Arxiv)

Qəzaya səbəb “VAZ-2106” olub

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.