Azərbaycanda avtomobil 22 yaşlı gənci öldürdü

09 Noyabr, 2017 18:57 | Hadisə | Baxış sayı: 229
vaz 2106
vaz 2106

Qəzanı törədən sürücünün adı gizli saxlanır

Bu gün Qubada 22 yaşlı gəncin ölümü ilə nəticələnmiş yol hərəkət hadisəsi baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Quba -Qusar yolunun Xucbala kəndindən keçən hissəsində baş verib. Rayonun Digah kəndinin sakini idarə etdiyi VAZ 2106 markalı avtomobillə yolu keçən Xucbala kənd sakinini vurub.

Hadisə ilə bağlı Quba rayon polis şöbəsində cinayət işi qaldırılıb. Amma hadisənin törədən şəxsi və qəzanın qurbanının adı açıqlanmır.