Qusarda 5 ton kartofu oğurladılar

09 Oktyabr, 2019 12:50 | Hadisə | Baxış sayı: 58
Kartof
Kartof

Oğurluqda 4 nəfər şübhəli bilinir

Qusarda torpaq sahəsindən 5 ton kartof oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, tərəvəz birbaşa sahədən oğurlanıb. 

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıb.