Qubada qoyun otaran oğlanı "tok" vurdu

09 Oktyabr, 2019 10:36 | Hadisə | Baxış sayı: 197
Elektrik
Elektrik

Gənc çobanın çomağı elektrik xəttinə toxunub

Qubada 18 yaşı 25 gündən sonra tamam olacaq oğlanı elektrik cərəyanı vurub. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yerfi kəndinin dağlıq ərazisində - kənddən aralıda yerləşən otlaq sahədə baş verib.

Kənd sakini Cabir Barat oğlu Babayev qoyun otararkən əlindəki çomağı təsadüfən ərazidən keçən yüksək gərgilikli elektrik xəttinə toxundurub. Nəticədə Cabir aldığı xəsarətlərdən dərhal ölüb.

Hadisə zamanı Cabirin atası Barat Babayev də orada olub. Təəssüf ki, o elektrik cərəyanı vuran oğluna heç bir kömək edə bilməyib.

Mərhum ailənin 4 övladından biri olub. Onun səhhətində problem olduğu bunun üçün də 3-cü sinfə qədər təhsil ala bildiyi qeyd edilir. 

Faktı Quba rayon prokurorluğu araşdırır.