Lotereya oynadı, milyonçu oldu

09 Oktyabr, 2019 11:23 | Hadisə | Baxış sayı: 64
Avro
Avro

Şanslı kişi ölkə tarixində rekord uduşa sahib olub

Böyük Britaniya sakini lotereya sayəsində milyonçu olub. Belə ki, adı açıqlanmayan şəxs ölkə tarixindəki rekord uduşun sahibi olub. Xoşbəxt alıcı düz 170 milyon funt sterlinq (190 milyon avro) qazanıb. 
 
Şanslı britaniyalı 5 uğurlu rəqəmi və 2 "xoşbəxt ulduz"u düzgün tapa bilib.  

Xatırladaq ki, bundan öncəki rekordun sahibi Şotlandiyadan olan cütlük idi. Onlar 161 milyon funt sterlinq qazanmışdılar.