Bakıda gənc oğlanı 5-ci mərtəbədən atdılar

09 Oktyabr, 2019 09:23 | Hadisə | Baxış sayı: 97
İntihar (Arxiv)
İntihar (Arxiv)

20 yaşlı gəncin vəziyyəti ağırdır

Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən atıblar. Hadisə Nəsimi rayonu 5-ci mikrorayon, 20 Yanvar küçəsində qeydə alınıb.

5-ci mərtəbədən atılan 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu olub. E.Əzizov xəstəxanaya çatdırılıb və ona müştərək travma, qapalı kəllə-beyin travması, sağ saidin və çanağın sınığı diaqnozu qoyulub.

O, reanimasiyaya yerləşdirilib. Vəziyyəti ağırdır.